“Ağ ölüm” Biləsuvarda

“Ağ ölüm” Biləsuvarda
1168 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Respublikamızın bölgələrinə qastrol səfərinə start verib.

Axşam.az-ın məlumatına görə, V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşası ilə bu gün yaradıcı heyət Biləsuvar rayonunda çıxış edəcək.

Bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş etdiriləcək tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev ifa edəcəklər.