Ramazan ayının 24-cü gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 24-cü gününün duası - İmsak və iftar vaxtı
13272 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanda Ramazan ayının iyirmi dördüncü günüdür.

Axşam.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 29-da imsak saat 03:12, iftar isə 20:31-dədir.

İftar duası:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Ramazan ayının 24-cü gününün duası:

“İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”.

(“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.)