Sevincin İstanbul macərası - fotolar

Sevincin İstanbul macərası -  fotolar
58599 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevinc Musayeva növbəti klipini çəkdirmək üçün Türkiyəyə yollanıb.

Axşam.az-a açıqlama verən sənətçi çəkilişlərin ürəyincə olduğunu bildirib.

O, bu yeni layihəsinin çox bəyəniləcəyini iddia edib:

“Mahnının adını hələ gizli saxlayıram. Amma onu deyim ki, dinləyicilərin çox sevdiyi bir bəstədir. Ekran işinin rejissoru Tofiq Teymuroğlu, operatoru Emin Hüseynovdur. Ssenari müəllifi isə Məftunə Əhmədzadədir. Çəkilişlər İstanbulda dəniz kənarında, Taksim meydanında, Sultan Əhməd məscidinin yanında aparılıb”.

S.Musayeva Atatürk hava limanında baş vrən terror hadisəsindən də bəhs edib:

“Terror hadisəsi baş verən gün mən də hava limanında idim, Bakıya qayıdırdım. Hadisə bizim təyyarə qalxandan sonra baş verib. Bakıya düşəndə telefonum susmurdu, hamı zəng edib, mesaj yazıb necə olduğumu soruşurdu”.