Azərbaycanda banan ağacı bar verdi - video

Azərbaycanda banan ağacı bar verdi -  video
2141 dəfə oxunub
  • A-
  • A
  • A+

Xaçmaz rayonunun Müzəffarova kənd sakini Əhməd Babayev həyətyanı sahəsində tropik iqlim şəraitinə xas bitki olan banan yetişdirib.

Axşam.az xəbər verir ki, banan 5 il bundan əvvəl əkilsə də, təsərrüfatçı ondan məhsul əldə edə bilməyib. Buna isə bananın gec gül açması və meyvənin soyuğun təsirindən məhv olması səbəb olub.

"Region TV"yə açıqlama verən Ə.Babayev bildirib ki, bu il ağac vaxtında bar verdiyi üçün ilk dəfə özü yetişdirdiyi banandan dadacaq:

“3-4 metr hündürlüyndə qalxıb. Meyvəsi də bu il tez verib. Güman edirəm ki, oktyabrda öz yerinə gələcək. Xarici ölkələrdə bananın bir darağı 50 kiloqrama yaxın olur. Bizdə də təxminən 20-25 kiloqrama yaxın olar”.

“Çoxlu su verilməlidir. Bir də ki, soyuqdan qorumaq lazımdır. Çiçək açdıqda isə, o çiçəklərin güllərində şirə olur. Həmin şirəyə də çoxlu qarışqa toplaşır. Buna icazə vermək olmaz. Yoxsa banan olmaz” deyə, Ə.Babayev əlavə edib.

Təsərrüfatçı bu il yaxşı məhsul götürərsə, ağacların sayını artırmaq fikrində olduğunu söyləyib.