Sevgilisi Aysunla ayrılma xəbərlərindən danışdı - fotolar

Sevgilisi Aysunla ayrılma xəbərlərindən danışdı -  fotolar
18338 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun türkiyəli nişanlısı Ali Tanrıkulu ilə ayrılması xəbərləri yayılıb.

Axşam.az-ın məlumatına görə, sənətçi balaca qızı Yağmurun ad günündə Aysuna nişan edəcəyi ilə bağlı açıqlama vermişdi. Daha sonra isə R.İsmayılova nişanın təxirə düşdüyünü deyib.

Ali Tanrıkulu İnstaqram səhifəsində Aysunla fotosunu paylaşaraq mediada yayılan ayrılma xəbərini təkzib edib:

“Bu yalan xəbərdir. Biz ayrılmadıq. Ayrılmağı da düşünmürük. Təşəkkürlər...”.

Qeyd edək ki, R.İsmayılova qızının elçilik mərasimin baş tutduğunu bildirmişdi:

"Aysunun elçiləri mənim yox, həyat yoldaşımın yanına gəlib, ondan istəyiblər. Həm də bizim ailədə böyüyümüz var – anam. “Hə”ni o verəcək. Anam Aysunu istəyən oğlanın ailəsi ilə internetlə danışıb. Artıq məndən xəbərsiz razılıq verib. Mənim ürəyimcə deyil. Həm də qızımın məndən uzaq yaşamasından narahatam. Amma anam deyir ki, yaxşı insanlardır. Mənə var-dözlət önəmli deyil. İnsan yaşlandıqca baş yoldaşı axtarır.

Qızıma demişəm ki, gedib boşanacaqsansa, otur yanımda. Biz tanınmış insanların adı pisdir. Deyirlər ki, “müğənni qızıdır da, gedib boşanacaq”. Xeyir, müğənninin qızı da övladdır".