"Qızımın nişan tarixini dəyişdik" - Rəqsanə

"Qızımın nişan tarixini dəyişdik" -  Rəqsanə
6174 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılova qızı Aysunun nişanının pozulması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, sənətçi nişan tarixini dəyişdiklərini söyləyib:

"Mənim övladımın nişan mərasimi baş tutdu ki, pozulsun da? Ayıbdır, işin əslini bilmədən, araşdırmadan necə belə xəbər yaymaq olar? Aysun və Ali Türkiyədəki işləri ilə əlaqədar ayın 28-i Bakıya gələ bilmədilər və biz nişan tarixini dəyişməyə qərar verdik.  

Qələminə hörmət etdiyim jurnalistlərə zamanı gəldikdə mətbuat katibim nişan haqqında məlumat verəcək. O vaxta qədər araşdırmadan övladımın gələcəyi ilə bağlı yalan xəbərlər yazılmasın".