Fədayə Laçın Tellinin ləhcəsini tənqid etdi

Fədayə Laçın Tellinin ləhcəsini tənqid etdi
3821 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Fədayə Laçın aşıq Telli Borçalını tənqid edib.

Axşam.az-ın məlumatına görə, sənətçi "10-dan sonra" verilişində ifaçının ləhcə ilə danışmasını qınayıb.:

“Nitqini düzəltsin. Nəsə deyəndə , adamı pis başa düşürlər, elə bilirlər ki, paxıllıq edirsən. “Gələjəm” demək olmaz, “gələcəm” deməlisən. Efirdə kitab dilində danışmaq lazımdır. Ləhcəylə danışmağın əleyhinəyəm.

Mən düz danışıram, heç kimdən də qorxmuram. Bir verilişdə Telli xanımla qonaq idik. Şeir dedi, bir bəndində “gəleyrəm”, ikincidə isə “sevirəm” söylədi. Bunu bir formada deməlisən axı. Gah ləhcəylə, gah da adi formada oxumaq olmaz".

F.Laçın evini, avtomobilini göstərən tanınmışlara da irad bildirib:

"Gah evlərin, gah maşınların göstərirlər. Ev, maşın satan onu reklam edər. Oxuyan sənətini göstərməlidir".