"Kiralık aşk"ın "Defne"sinin məhkəməsi olacaq

"Kiralık aşk"ın "Defne"sinin məhkəməsi olacaq
3312 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Elçin Sanqu "Kiralık aşk"dan əvvəl çəkildiyi "Alabora" serialına görə məhkəməlik olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa hər seriya üçün 20 min olmaqla, 13 seriya üçün cəmi 260 min lirə alıb. Lakin ekran işi dördüncü seriyada final etdiyi üçün "Encemol Medya" şirkəti 180 min lirəni geri istəyir.

E.Sanqu isə serialın yayımının dayandırılmasının onunla əlaqəsi olmadığını və nağd şəkildə aldığı pulun avans olmadığını deyərək məhkəmə açıb. Hazırda işlə bağlı araşdırma aparılır.