Rafael Dadaşov keçmiş xanımından danışdı

Rafael Dadaşov keçmiş xanımından danışdı
6802 dəfə oxunub
  • A-
  • A
  • A+
“Sədaqət xanımla 1969-cu ildə toyumuzu etmişik. 4 övladımız var. Deməzdim ki, indi bir yerdəyik. Düzdür, hərdən görüşürük. Həmişə onun və uşaqlarımın yanındayam”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Rəfael Dadaşov “10-dan sonra” verilişinə açıqlamasında deyib.

Aktyor keçmiş həyat yoldaşı ilə münasibətlərindən bəhs edib:

“Ailə kimi bir yerdə deyilik. Əsas odur ki, əlaqəmiz, get-gəlimiz var, oturub-dururuq. Amma ayrı evlərdə yaşayırıq".

Qeyd edək ki, aktrisa Sədaqət Dadaşova bu yaxınlarda Türkiyədə evlilik verilişinə qatılması ilə gündəmə gəlmişdi.