Gənc model ailəsinin gözü qarşısında öldürüldü - video

Gənc model ailəsinin gözü qarşısında öldürüldü - video
5973 dəfə oxunub
  • A-
  • A
  • A+

Son illərdə küçələrdə narkotik maddə satıcılarının cinayətləri ilə gündəmə gələn Meksikada son qurban model Karla Karina olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, iki adam gənc qızın anası və bacısı ilə birlikdə yaşadığı evin qapısını sındıraraq içəri giriblər. Karla gizlənsə də, naməlum şəxslər onu tapıblar. Gənc model onu öldürməmələri üçün yalvarsa da, başından güllə ilə vurulub. Təcili yardım gəlsə də, qızın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları hələ məlum deyil.