Bədən çatlarının qarşısını alan vasitələr

Bədən çatlarının qarşısını alan vasitələr
5212 dəfə oxunub
  • A-
  • A
  • A+

Bədən çatları əksər xanımların problem etdiyi ciddi mövzulardan biridir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, təbii yağlar vasitəsilə bunun qarşısını ala bilərsiniz.

Kakao yağı:  Nəmləndirici olaraq kakao yağı istifadə edin. Daimi istifadə çatların qarşısını alacaq.

Aloe Vera: Aloe Vera dəri yeniləyici xüsusiyyətiylə bilinən bitkilərdən biridir. Hüceyrələri yeniləyən aloe çatlarla mübarizədə də ən yaxşı üsullardan sayılır.

E Vitamini:  E vitamini dərini yeniləyici xüsusiyyətə sahibdir. E vitamini serumu və ya E vitaminli sabunu hər gün çat olan bölgəyə tətbiq edin. Zamanla təsirini hiss edəcəksiniz.

Lavanda yağı: Sakitləşdirici təsirinə görə seçilən lavanda yağının digər bacarığı da çatların müalicəsində istifadə olmasıdır. Çatların olduğu bölgəyə hər gün masaj edərək tətbiq edin. Təsirini qısa müddətdə hiss edəcəksiniz.