Səidənin fotosu yayıldı: "Məhkəməyə verəcəm"

Səidənin fotosu yayıldı:  "Məhkəməyə verəcəm"
20099 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bir neçə gündür qara qüvvələr yenidən işə keçib. Yenidən məni şərləməyə çalışırlar. Bu dəfə fotoşopla düzəldilmiş şəkli mənim adıma yaymaq istəyirlər”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Səidə Sultan deyib.

Sənətçi bildirib ki, şəkli yayanları məhkəməyə verəcək:

“İndidən xəbərdarlıq edirəm, hər hansı kütləvi informasiya vasitəsi həmin şəkli yaysa, qanun qarşısında cavab verəcək. Bu eyni zamanda sosial media iştifadəçilərinə də aiddir. Fotoşopla düzəldilən həmin şəkli paylaşan istənilən şəxs məhkəməyə verəcəm".