Müğənnilərlə radio işçiləri üz-üzə gəldi - fotolar

Müğənnilərlə radio işçiləri üz-üzə gəldi -  fotolar
2970 dəfə oxunub
  • A-
  • A
  • A+

106.3 FM-in 12 yaşının tamam olmasıyla bağlı “İnter Arena” stadionunda futbol oyunu keçirilib.

Axşam.az-ın məlumatına görə, oyunda radio işçiləri ilə müğənnilər qarşı-qarşıya gəliblər.

Oyun başlayan kimi müğənnilər fəallıq göstərsələr də, sonda hesab başqa olub. 8:4 hesabı ilə radio işçiləri qələbə qazanıb.

Futbol zamanı qapıçı qismində olan müğənni Ceyhun Zeynalov ayağından zədə alıb.

Oyundan sonra xalq artisti Faiq Ağayev, meyxanaçı Namiq Qaraçuxurlu, müğənnilər Natavan Həbibi, Günay İbrahimli, Fuad Dadaşov və Elnur Məmmədovun iştirakı ilə konsert proqramı baş tutub.

Futbol oynayanlar arasında xalq artisti Səməd Səmədov, əməkdar artistlər Abbas Bağırov, Səlim Abbasov, meyxanaçılar Ehtiram və İntiqam, Vüqar, müğənni Cin və başqaları yer alıb.

Foto: Ramin ASLANOV