Üç məşhur bir araya gələcək - video

Üç məşhur bir araya gələcək -  video
3300 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Murad Dalkılıçın Bakı konsertinə sayılı günlər qalıb.

Axşam.az-ın məlumatına görə, ifaçı iyulun 10-da “Sapfir” restoranda gerçəkləşəcək.

Gecənin təşkilatçısı Nahid Emiloğlu əməkdaşımızla söhbətində bildirib ki, Dalkılıç səhnəni yunan ifaçı Otilia ilə bölüşəcək. O, hər iki ifaçının gecədə qonaqlara maraqlı anlar yaşadacağını bildirib.

Otilia konsertdə “Gəlsəndə, gəlməsəndə” adlı məşhur Azərbaycan mahnısını səsləndirəcək. Tədbirdə yerli müğənnilərimizdən birinin də çıxışı gözlənilir.

Konsertin aparıcılığı Afaq Gəncəliyə həvalə olunacaq.

Konsertə biletlərin qiyməti 200 manatdan 250 manata kimidir. Qiymətə yemək də daxildir.

Ətraflı məlumat üçün (050) 706 40 40 nömrəsi ilə saxlamaq mümkündür.