Mövsümü “Qarabağnamə” ilə bağlayacaqlar

Mövsümü “Qarabağnamə” ilə bağlayacaqlar
359 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümə iyulun 17-də görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə yekun vuracaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, iki hissəli faciə janrında olan bu səhnə əsəri teatrın repertuarında xüsusi yer tutan, aktual mövzulu tamaşalardandır.

Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan “Qarabağnamə” tamaşasının quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Səhnə əsərində əsas rolları xalq artistləri Rafiq Əzimov, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Məsmə Aslanqızı, Mirzə Ağabəyli, Əjdər Həmidov və başqaları ifa edəcəklər.