"Şəxsi həyatımda hər şey var və gözəldir" - fotolar

"Şəxsi həyatımda hər şey var və gözəldir" -  fotolar
7362 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-a açıqlama verən sənətçi səyahətə hazırlaşdığını deyib:

“Türkiyədə oldum, Qara dəniz sahilindəki şəhərləri gəzdim. Ona görə də səfərə avtomobillə getmişdik. Gedib-gələnə qədər bütün dörd fəsli də gördük. Hətta yolda qar da yağdı. İndi Rusiyaya istəyirəm. İstirahətə gedəndə sırf dincəlməlisən. Səyahətdə olanda klip, mahnı istəmirəm, bezmişəm bunlardan. İnsan rahat olmaq istəyir. Bir də yaxşı alış-veriş etdim”.

N.Həbibi yeni mahnılar hazırladığını və sentyabrda təqdim edəcəyini söyləyib.

Sənətçi şəxsi həyatından da danışıb. O, bunla bağlı suallara “Söz vermişəm ki, şəxsi həyatımla bağlı heç nə deməyəcəm. Şəxsi həyatımda hər şey var və gözəldir. Hər şey yerindədir, lazım olduğu kimi” cavabını verib.

Foto: Ramin ASLANOV