Aktyorlar mükafatlandırılacaqlar

Aktyorlar mükafatlandırılacaqlar
523 dəfə oxunub
  • A-
  • A
  • A+
İyulun 4-ü Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin 60 yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, o ad gününü Musiqili Teatrda qeyd edəcək.
 
“Doğrudur, 60 - yubiley yaşıdır. Adətən insanlar yubileylərini böyük təmtəraqla qeyd edirlər. Mən isə təntənəni, təmtərağı heç sevmirəm. Musiqili Teatr mənim ikinci evimdir, teatrımızın kollektivi isə bir ailədir. 60 yaşımın tamam olduğu gün - 4 iyul tarixi iş günü olduğu üçün mən işdə olacağam. Həmin tarixdə teatrımızda başa çatmaqda olan 106-cı müvsümün yekunlarına həsr olunmuş möhtəşəm bir tədbir - mükafatlandırma mərasimi olacaq" deyə, Ə.Lalayev bildirib. 

O, həmin gün teatr əməkdaşlarının mükafatlandırılacağını deyib. “Mövsümün ən yaxşı tamaşası” ilə yanaşı, “Mövsümün ən yaxşı aktrisası”, “Mövsümün ən yaxşı aktyoru”, “Mövsümün debütü”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün ən məhsuldar aktyoru”, “Mövsümün sevilən aktrisası”, “Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, “Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün ən işgüzar əməkdaşı”  nominasiyaları üzrə qaliblərə xüsusi prizlər və mükafatlar veriləcək.