"Həyat sən nə qəribəsən"in aktrisası Rusiyadan qayıtdı - fotolar

"Həyat sən nə qəribəsən"in aktrisası Rusiyadan qayıtdı -  fotolar
5622 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində 1 aylıq təlimi bitirərək geri dönüb.

Axşam.az xəbər verir ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbi cari ilin iyunun 1-dən 30-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutub.

Hər il dünyanın bir çox ölkəsindən olan 90-a yaxın gəncin təlimi həyata keçirilən yay məktəbində bu dəfə ABŞ,  Böyük Britaniya, Almaniya, Azərbaycan, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə dünyanın 28 ölkəsindən 87 nümayəndə iştirak edib.

Layihə çərçivəsində gənc aktyorlara  gündəlik təcrübə ilə yanaşı tanınmış teatr xadimlərinin ustad dərsləri, master klasslar keçirilib. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in xalq artisti Aleksandr Kalyagin başda olmaqla, tanınmış teatr xadimləri Yuriy Nikolayeviç Butusov, Konstantin Arkadyeviç Raykin və Sergey Vasilyeviç Jenovaç tərəfindən keçirilib.
 
Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri - “Три сестры. Третье действие”, “Пушкин. Маленькие трагедии”, “Тишина”, “Canto delle ombre / Песня теней”, “Маленькие гвозди” hazırlayaraq təqdim ediblər. 

Aktrisamız rol aldığı tamaşada uğurlu çıxışına və 1 aylıq təlimlərə görə X Beynəlxalq Yay Teatr Məktəbinin diplom və sertifitakına, eləcə də gümüş döş nişanına layiq görülüb.

Qeyd edək ki, tamaşaçılar A.Atakişiyevanı "Xəzər" telekanalında yayımlanan "Həyat sən nə qəribəsən" serialından tanıyırlar.