"Fatimə ilə eyni verilişdə olmaq istəmirəm"

"Fatimə ilə eyni verilişdə olmaq istəmirəm"
3633 dəfə oxunub
  • A-
  • A
  • A+
“Hindistanda yaşamaq çətindir. Ora öyrəşə bilmirəm. Bizim yaraşıqlı oğlanlarımız var. Ona görə də heç vaxt hind oğlanına ərə getmərəm. Həm də ailə qurmaq fikrim yoxdur”.

Axşam.az-ın məlumatına görə, bu sözləri rəqqasə Oksana Rəsulova “5/5” verilişində deyib.
 
Sənətçi həmkarl Fatimə Fətəliyeva ilə küsülü olmasıyla bağlı sualları cavablandırıb:

“Allah deyib ki, küsülü qalmayın. Heç kimdən küsülü deyiliəm, sadəcə, danışmırıq. Aramızda bəzi hadisələr yaşanıb, bunu açıqlamaq istəməzdim. Ünvanıma xoşagəlməz ifadələr işlədib, hərəkətlər edib. Müsahibələrdə xoşagəlməz sözlər deyib. Fatimə ilə eyni verilişdə olmaq istəmirəm. Mənə lazım deyil”.