"Elza oxuyan deyil"

"Elza oxuyan deyil"
2594 dəfə oxunub
  • A-
  • A
  • A+
“Teymur Əmrah bu yaxınlarda Elza Seyidcahanı pərt etdi. Üzünə qarşı dedi ki, Elza oxuyan deyil”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Zaur Kamal “5/5” verilişində deyib.

O, əməkdar artist Teymur Əmrahın həmkarı Elıza Seyidcahanı tədbirlərin birində tənqid etdiyini bildirib:

“Teymur Əmrah dedi ki, Elza xanım gözəl bəstəkardır, müğənni yox. Yazıq Elza xanımın səsi çıxmadı, baxa-baxa qaldı. Elza xanım həm gözəl ifaçı, həm də bəstəkardır. 10 il əvvəl o oxuyanda dedim ki, sizi 20 ildən sonra anlayacaqlar. İndi də deyirəm ki, sizin şeirləri 20 ildən sonra başa düşəcəklər”.