Bu cür geyinmək düzgün deyil - fotolar

Bu cür geyinmək düzgün deyil -  fotolar
8847 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəzən xanımlar geyindikləri libası düzgün seçməyərək, bədən quruluşlarını eybəcərləşdirirlər: ya olduğundan kök, ya da qısaboy görünürlər.
 
Axşam.az Rusiya KİV-inə istinadən düzgün olmayan geyim tərzlərinin siyahısını təqdim edir:

Şalvarın üstünü örtən dar kofta

Qızlar bəzən uzun maykalara üstünlük verirlər. Sonra onu şortik və ya dar şalvarla geyinir, uzadırlar. Bu cür koftalarda heç vaxt dəbli və gözəl bədənli görünməyəcəksiniz.



Bədən ölçüsündən balaca olan libas

Balaca ölçüdə olan libas bədən quruluşunu olduğundan çox büruzə verir. Bütün artıq ətlər, yan tərəfdəki qatlar açıq-aşkar görünür.



Köynəklə “fiqaro”

Bu cür geyim həm səni balacaboy, həm də zövqsüz göstərəcək.



İki koftanı üst-üstə geyinmək...

Nəticədə sən kök görünəcəksən. Nə süd vəzilərin, nə bədən quruluşun olduğu kimi görünməyəcək.



Klassik kostyumla baletka

Baletka hər bir geyim formasında əla seçimdir. Amma onu klassik kostyumda istifadə etmək olmaz. Bu sizi kök göstərə bilər.



“Botilyon” çəkmələrlə qısa ətək

Bu cür çəkmələr çox da uğurlu alış-veriş deyil. Onlar ayağı qısa göstərir. Hələ onu qısa ətəklə geyinmək sizi çox zövqsüz və bədən quruluşsuz göstərəcək.



Şortiki corabla geyinmək

Şortik corab tələb edən bir geyim deyil. Bəzi özünü “dəb”li hesab edən xanımlar onu corabla geyinməyə üstünlük verirlər. Bu isə sizi qısaboy göstərəcək.