“Ətrafda bu qədər qadın varkən dayanmaq fəlakət olar” - Castin

“Ətrafda bu qədər qadın varkən dayanmaq fəlakət olar” - Castin
4118 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Selena Qomezlə yaşadığı qalmaqallar, ayrılıq-barışıq xəbərləri ilə gündəmə gələn Castin Biber maraqlı açıqlamalar edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı həyatında yalnız bir dəfə dəhşətli ayrılıq yaşadığını və bunun “Purpose” albomunun mahnılarına ilham verən Selena Qomez olduğunu deyib.

22 yaşlı kanadalı pop ifaçı “Kiminsə yalnız ona aid olduğumu hiss etməsini və sonra üzülməsini istəmirəm”deyib. Biber yenə də qadınlardan imtina etməyəcəyini söyləyib:

“Ətrafda bu qədər qadın varkən dayanmaq fəlakət olar. Hazırda həyatımda bir qızın məsuliyyətini almaq istəmirəm”.