Eminin festivalında aparıcı o olacaq

Eminin festivalında aparıcı o olacaq
5259 dəfə oxunub
  • A-
  • A
  • A+
İyulun 9-da və 10-da Bakıda keçiriləcək “Jara” festivalına hazırlıqlar davam edir.

Axşam.az-ın məlumatına görə, müğənni Emin, Rusiyanın xalq artisti Qriqoriy Leps və “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov tərəfindən təşkil edilən festivalda bir çox tanınmış simalar iştirak edəcəklər.

Onlar arasında Filipp Kirkorov, Ani Lorak, Valeriya, Valeriy Meladze, Nikolay Baskov, Leonid Aqutin və başqaları yer alıb. Yerli şou-biznes nümayəndələrimizdən isə xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva və “Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli gecədə səhnəyə çıxacaqlar.
 
Bu günlərdə isə böyük fstivalın aparıcısının adı açıqlanıb. Belə ki, həm AzTV-də, həm də Rusiyanın birinci kanalında canlı yayımlanacaq festivala Andrey Malaxov aparıcılıq edəcək.
 
“Sea Breeze” istirahət mərkəzində baş tutacaq ”Jara”da tanınmışlar sevilən mahnılarını səsləndirəcəklər.