Əməkdar artist Moldovaya gedir

Əməkdar artist Moldovaya gedir
937 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımov Moldova Respublikası Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət alıb.

Axşam.az xəbər verir ki, dəvətin məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin köklərə malik Azərbaycan Milli Teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir.  

Moldovanın Qaqauz Yeri Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvətinə əsasən rejissorumuz görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni can-ciyər” pyesi əsasında tamaşa hazırlayacaq.

N.Kazımov iyulun 28-dən – sentyabrın 1-dək Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında sözügedən tamaşanı hazırlayıb təhvil verərəcək.