Tanınmışlar bu konsertdə bir araya gələcəklər

Tanınmışlar bu konsertdə bir araya gələcəklər
1879 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 29-da Heydər Əliyev Sarayında bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert proqramı keçiriləcək. 

Axşam.az xəbər verir ki, "Mənim Dünyam" adlı konsert proqramında xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Səkinə İsmayılova, Mənsum İbrahimov, Aygün Bayramova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Nəzakət Teymurova, Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Bəyimxanım Mirzəyeva, Yadigar Muradov, müğənnilər Nazim (faytonçu), Arzu Rzayev, Tacir Şahmalıoğlu, Mirkamil Kamilov, Könül Məmmədli və Yaşar Muradov iştirak edəcəklər.

Müğənniləri səhnədə Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşaiət edəcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından əldə edə bilərsiniz. Biletlərin qiyməti 10-50 manat təşkil edir.