Aygün Kazımovadan jurnalistlərə təbrik

Aygün Kazımovadan jurnalistlərə təbrik
2516 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Axşam.az-ın məlumatına görə, müğənninin təbrik məktubunda bildirilir:

“Hər birinizi Azərbaycan Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Peşə bayramınızda hər birinizə işlərinizdə uğurlar arzu edirəm. Çalışdığınız sahə həm məsuliyyətli, həm də  çox qiymətlidir.
 
Bütün yaradıcılığım boyu demək olar ki, hər zaman yanımda olmusunuz, birgə addımlamışıq. Buna görə sizə təşəkkür edirəm.

Keçilən çətin, məsuliyyətli, keşməkeşli 141 il mətbuatımızın daim inkişafına yönəlib. Qələminiz hər zaman iti, sözünüz hər zaman kəsərli, imzanız isə hər zaman tanınan olsun. Bayramınız mübarək!".