Gülay da biznes qurmaq istəyir - fotolar

Gülay da biznes qurmaq istəyir -  fotolar
7953 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülay Zeynallı tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-ın məlumatına görə, istirahətdən yeni qayıdan ifaçının dəri rəngi xeyli tündləşib.

G.Zeynallı bildirib ki, bu il  Antalyanın Belek bölgəsində dincəlib:

“İstirahətdən yeni gəlmişəm, işlərimin başındayam. Enerji yığıb, yeniliklər edirəm”.

İfaçı son günlər toy məclislərinin az olmasından danışıb:

“Toysuzluqdan gileylənmirəm. Əvvəlki illərə nisbətən toy zəifdir. Amma ruzini verən Allahdır, şikayət etmirəm”.

G.Zeynallı biznes qurmaq barədə düşündüyünü deyib:

“Biznesim yoxdur. Amma gələcəkdə bununla bağlı planlar qururam. Özünə biznes quran sənətçilərə də uğurlar arzulayıram”.

Foto: Ramin ASLANOV