"Xoxan"ın çəkildiyi ev 2,5 milyona satılır - fotolar

"Xoxan"ın çəkildiyi ev 2,5 milyona satılır - fotolar
7515 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur komediya filmimiz "Xoxan"ın çəkildiyi malikanə satışa çıxarılıb.

Axşam.az-ın Ölkə.Az-a istinadən məlumatına görə, Badamdar qəsəbəsində, teleqüllənin yaxınlığında yerləşən malikanə dörd mərtəbədən, 9 otaqdan ibarətdir. Villanın təmiri xüsusi dizaynerlər tərəfindən həyata keçirilib. Açıq hovuz, sauna, fitness zal, 7 sanuzeli olan malikanənin həyətində mühafizə üçün ayrıca otağı, həmçinin həyətində yay mətbəxi də var.

Həyətdə olan meyvə ağacları bağbanın nəzarəti altındadır. Villanın qarajı çox genişdir, pult vasitəsi ilə açılır.

Mülk 2 milyon 510 min manata, təxminən 1 milyon 600 min dollara satılır.