"Arıqlayıb, çimərlik geyimində də şəkil çəkdirəcəm" - fotolar

"Arıqlayıb, çimərlik geyimində də şəkil çəkdirəcəm" -  fotolar
8256 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Lətifə Soyuöz son günlər görünüşündə xeyli dəyişiklik edib.

Axşam.az-a açıqlama verən ifaçı arıqladığını buna görə də daha cəsarətli libaslar geyindiyini deyib.

O bildirib ki, istədiyi çəkiyə düşəndən sonra çimərlik geyimində də fotosessiya etdirəcək:

“Son 1 idlir ki, görünüşümdə dəyişikliklər edirəm. Daha cəsarətli geyimlərim olacaq. Hətta çimərlik geyimində də yay fotosessiyası etdirəcəm. Hələ hədəfim 7 kiloqram da arıqlamaqdır. Bunu isə efir üçün edirəm. Çünki məni efirdə görənlər, həyatda tanımırlar. Efirə şortikdə çıxıram, gəlib özümə baxıram ki, kökəm. Həyatda mən çox arığam.

Əvvəl aria oxuyurdum və çərçivədə idim. İndi oxuduğum mahnı janrımı da dəyişmişəm. Özümü daha rahat hiss edirəm. Tamaşaçı indi əsl Lətifəni görür".

L.Soyuöz sosial şəbəkədə ünvanına yazılan mənfi rəylərə fikir vermədiyini söyləyib:

“Haqqımda xəbər paylaşılan kimi başlayırlar nə gəldi yazmağa. Bunların mənim üçün əhəmiyyəti yoxdur. Vay o müğənninin halına ki, onun yazısına şərh verən olmur. Bu o deməkdir ki, səni heç kim tanımır.

Bəzi müğənnilər var ki, xahiş edib pis rəyləri sildirirlər. Çox gülməlidir. İnsanlar fikirlərini deməkdə sərbəstdir. Mənə daha çox “Bu kimdir? Bu nə gündədir” kimi rəylər yazılır”.

Foto: Ramin ASLANOV