Mərhum müğənninin əri 7-ci dəfə ata oldu - fotolar

Mərhum müğənninin əri 7-ci dəfə ata oldu - fotolar
2378 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum müğənni Uitni Hyustonun həyat yoldaşı Bobbi Braun yeddinci dəfə ata olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə,  o, bu haqda İnstaqram səhifəsində paylaşım edib. Braun Alisiya Etereclə evliliyindən dünyaya gələn üçüncü uşağının sevincini izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, keçən ilin iyulunda ikinci dəfə ata olmuş Bobbi U.Hyustondan olan böyük qızı Kristinanı altı ay əvvəl itirib. Belə ki, gənc qızın sevgilisi onu evində huşsuz vəziyyətdə tapdıqdan sonra Kristina uzun müddət komada qalmışdı. 22 yaşlı qızın ölümünün beyinin ciddi zədələnməsindən baş verdiyi deyilib. O, hamamda yıxılıb başını yerə vuran zaman narkotikin təsirində olubmuş.