Təranədən işlədiyi müğənnilərlə bağlı qalmaqallı açıqlama

Təranədən işlədiyi müğənnilərlə bağlı qalmaqallı  açıqlama
5831 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədova bu günə qədər çalışdığı müğənnilərdən danışıb.

Axşam.az-a açıqlama verən prodüser keçmiş həyat yoldaşı, müğənni Kərim Abbasovdan da söz açıb.

O bildirib ki, Kərimi müğənni edən özü olub:

“Kərim Abbasovun sənətinin banisi, onu müğənni kimi gündəmə gətirən mən olmuşam. Onu bütün Azərbaycana tanıtdım. Albomlarını çıxartdırıb, kliplərini çəkdirdim. Rəqsanə ilə neçə il işlədim, hər şeydə köməyimi əsirgəmədim. Bir ildə 6 klip çəkdirdim, nə qədər konsertlər etdim.

Daha sonra Günay İbrahimli ilə çalışdım. Onu respublikaya tanıdıb, adını brendə çevirdim.

Onlardan sonra isə hamıyla qısamüdətli işlədim. Çünki davamlı çalışmağı özümə rəva bilmədim. İradə Mehri, “Şarm” qrupu, Lamiyə Novruzova heç vaxt ulduz olmayacaq. Onların psixoloji problemləri, mənfi tərəfləri və kompleksləri çoxdur”.