"Kiraz Mevsimi"nin aktrisası yeni serialda

"Kiraz Mevsimi"nin aktrisası yeni serialda
8579 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kiraz Mevsimi" serialı ilə məşhurlaşan Özge Gürelin yeni layihəsi bilinib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, FOX TV-də yayımlanacaq "Yıldızların altında" serialında çəkiləcək.

Qeyd edək ki, aktrisanın tərəf müqabili Metin Akdülgər olmalıydı, lakin o, son anda "Kösəm Sultan"da "IV Murat"ı canlandırmaq üçün aldığı təklifi qəbul edib. Bundan sonra şirkət Metinin yerinə Tolqa Sarıtaşı gətirməyə çalışıb. Lakin onunla da müqavilədə problemlər yarandığı üçün Yusuf Çimlə danışıqlara başlanılıb.

Y.Çim isə hazırda çəkildiyi, lakin bu yaxınlarda bitməsi gözlənilən "Hanımköylü"dən sonra yeni layihələri dəyərləndirəcək. Onun "Yıldızların altında" serialının prodüseri ilə ilkin razılaşma əldə etdiyi deyilir.