Zaurdan ona "yaltaq" deyənlərə cavab

Zaurdan ona "yaltaq" deyənlərə  cavab
11892 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin aparıcısı Zaur Baxşəliyev sosial şəbəkədə onu tənqid edib, "yaltaq" adlandıranlara sərt cavab verib.

Axşam.az-ın məlumatına görə, aparıcı həyatda hər şeyə öz gücü ilə nail olduğunu deyib:

"Zaurun qarnı toxdur, nə vecinə, yaltaqlıq edir" deyənlərin nəzərinə: Zaur yoxluq içində yaşayarkən, gözü villalarda yaşayanların hasarında olmadı. Zaur imkansız yaşayarkən ölkə başçısına üsyan etmədi, özünə üsyan etdi. Çünki hər şeyin insanın öz əlində olduğunu dərk etdi. Hər şeyin zəhmət bahasına əldə edildiyi tərbiyəsini aldı. Allahın insanları yaradarkən, vəzifə bölgüsü ilə deyil, insan olaraq yaratdığını anladı. Yoxdursa günah səndədir. Allah tənbəlləri, zəhmət çəkməyənləri sevməz deyə düşündüm. "Ağzın şirin olsun" deyə, halva söylə prinsipi ilə yaşamadım. Yoxumdursa, nazir, məmur, prezident günahkardır düşüncəsi ilə tərbiyə almadım.

Əmin olun ki, istər yoxluqda yaşayarkən, istər indiki vaxtımda nə bir məmurdan, nə dövlətdən heç nə ummadım. Heç bu haqda düşünməyə vaxtım olmadı, çünki yaşamaq, irəli getmək üçün əziyyət çəkməli olduğumu düşündüm. Nə nazir əmim, nə də varlı nəslim var. Çoban nəsli, müəllim ailəsində böyüdüm, amma aldığım tərbiyədə "böyüyünə qarşı çıx" sözünü eşitmədim. Atam bir gün gətirdi, bir gün gətirmədi. Amma anam heç vaxt qazanımızı onsuz açmadı.

Biz belə gördük bir çoxlarınız kimi. Odur ki, əlini açıb Allahdan istəmək və zəhmət çəkmək lazımdır, onu-bunu müzakirəyə qoymaq, vaxt itkisindən başqa bir şey deyil. Əmin olun! Bu illər ərzində mənə verilən efirdən istifadə edib yüzlərlə insanın probleminin həllinə yönəltdim proqramlarımı, bəs sən nə etdin? Çünki yoxluğun nə demək olduğunu anladım. Mövqeyindən istifadə edib, yararlı olmağı dərk etdim.

Bəs sən, ey Zaura "yaltaq" deyən insan, sən nə etdin? Kim etmirsə, o, Allaha cavab verəcək sonunda. Nə sənə, nə mənə deyil. Amma edənləri də usandırmayın, bezdirməyin. Yaltaqlıq edib nə əldə etmişəm? Heç kim gətirib cibimə pul qoymayıb.

Bu hörməti zəhmətimin hesabına qazanmışam. Çünki dövlətimdə sabitlik var. Bəzi cibi boş, başı yuxarılarda olan maymaqlar kimi milyonçu olmaq istəməmişəm. Ailəmiz 3 dəfə hər şeyi sıfırdan başlayıb. Atam qaçqınlıqda belə dövlətdən gələn payı almadı, zəhmət çəkdi, "qoy yardımı imkanı olmayanlar alsın" dedi. Atalar demişkən, "yatan öküz" olmadım, çünki "oyaq öküz"ün nə etdiyini dərk etdim".