Azərbaycan aktyorları İranda tamaşa göstərəcək - fotolar

Azərbaycan aktyorları İranda tamaşa göstərəcək - fotolar
1990 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi növbəti 88-ci mövsümü başa vurub istirahətə yollansa da, teatrın bir qrup əməkdaşı İran İslam Respublikasında P.Züskindin “Kontrabas” və N.Qoqolun “Dəlinin qeydləri” tamaşaları ilə çıxış edəcək.

Axşam.az teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, Teatr İran İslam Respublikasının Mazandaran vilayətinin Noşəhr şəhərinin Xüsusi mədəniyyət evinin dəvəti ilə cari ilin 4-6 avqust tarixlərində sözügedən tamaşaları nümayiş etdirəcək.

Qeyd edık ki, əməkdar artist Şövqi Hüseynovun ifa etdiyi hər iki monotamaşa bir sıra Beynəlxalq festivallarda uğurla iştirak edərək diplomlara layiq görülüb.

Məlumat üçün bildirək ki, Azərbaycan və İran İslam Respublikaları arasında mədəni əlaqələrin genişləndirilməsi və yaradıcılıq mübadiləsi məqsədilə həyata keçirilən bu layihənin davamı olaraq cari ilin sentyabr – oktyabr aylarında Mazandaran mədəniyyət idarəsinin baş müdiri, doktor Əhəd Javedani və Noşəhr mədəniyyət idarəsinin müdiri Mohandes Kiia Kojori Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunacaqlar.