Dünyanın ən böyük şirkətləri açıqlandı - Top 10

Dünyanın ən böyük şirkətləri açıqlandı - Top 10
8642 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur “Fortune” jurnalı satış gəlirinə görə dünyanın ən böyük şirkətlərinin siyahısını açıqlayıb.

Axşam.az jurnalın hesabatına istinadən xəbər verir ki, siyahının ilk pilləsində 482 milyard 130 milyon dollarlıq göstərici ilə ABŞ-ın “Walmart” şirkəti yer alıb.

İkinci pillədə “State Grid” (329 milyard 601 milyon dollar), üçüncü pillədə isə “China National Petroleum” (299 milyard 271 milyon dollar) şirkətləri özlərinə yer tapa biliblər.

Qeyd edək ki, araşdırma ümumilikdə 33 ölkədə 500 şirkəti əhatə edib. Bu 50 şirkət ümumilikdə 27,6 trilyon dollarlıq satış həyata keçirib ki, bunun da 1,5 trilyon dolları xalis gəlirdir. Bundan başqa, həmin 500 şirkət ümumilikdə 67 milyon işçiyə maaş verir.

Ən böyük 10 şirkəti təqdim edirik: