Qolları və ayaqları olmayan uşaqdan insanlıq dərsi – video

Qolları və ayaqları olmayan uşaqdan insanlıq dərsi – video
28883 dəfə oxunub
  • A-
  • A
  • A+
Anadangəlmə qıçları və ayaqları olmayan 11 yaşlı indoneziyalı uşaq etdikləri ilə bir çoxlarına örnəkdir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tiyo Satri adlı uşaq əlləri olmamasına baxmayaraq ağzı ilə yazır, çənəsi ilə konsol idarə edərək oyun oynayır.

Bundan başqa, ayaqları olmamasına baxmayaraq evin içində getmək istədiyi yerə fırlana-fırlana gedir. Bir sözlə, uşaq həyat sevgisi ilə bir çox ehtiyaclarını özü qarşılamağa çalışır.

Uşağın anası oğlunun bu halını qəbul edib, onun üçün hər bir əziyyətə qatlanmağın xoş olduğunu bildirib.