"Show TV"də yeni gənclik serialı

"Show TV"də yeni gənclik serialı
5115 dəfə oxunub
  • A-
  • A
  • A+
Avqustda "Show TV"də yeni serial başlayacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Ama Arkadaşlar iyidir" adlanan serial 5 gənc haqqında olacaq. Layihədə ilk dəfə ekrana çıxacaq yeni heyət çəkiləcək - Aslı Melisa Uzun, İdris Nebi Taşkan, Su Kutlu, Akın Akınözü və Hayal Köseoğlu.

Artıq çəkilişləri başlayan serialın rejissorları Zeynep Günay Tan və Deniz Koloşdur.

Qeyd edək ki, Zeynep Tan "Kösəm Sultan", "Öyle bir geçer zaman ki", "Kurtlar Vadisi", "Benim adım Gültepe" kimi serialların rejissoru olub. D.Koloş isə "Kış güneşi" və "Maral" serialları ilə gündəmə gəlib.