"Heç kimdən qorxmuram" - Sevda

"Heç kimdən qorxmuram" -  Sevda
3133 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qalmaqalı insan özü yaratmır. Bu insanın istəmədiyi zamanda baş verir. Mən həyatda da davanı sevməyən biriyəm. Ara qarışdırım, kiminsə sözünü başqasına çatdırım, məndə yoxdur. Özümü qorumağa çalışıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Yahyayeva "Star life" verilişinə açıqlamasında deyib. 

Sənətçi işləri ilə gündəmdə qalmağa çalışdığını bildirib: 

"Unudulmaq istəmirəm, buna görə də daim üzərimdə çalışıram. Göstərirəm ki, gündəmdə gördüyün yeni işlərlə də qalmaq olur".

S.Yahyayeva onu zəif adlandıranlara da cavab verib:

"Qətiyyən zəif deyiləm. Heç kimdən qorxmuram. Əslində çox güclüyəm. Heç vaxt bu gücümdən kiminsə pisliyinə istifadə etmərəm. Həmişə ilk özümə güvənirəm. Hər kəslə gözəl münasibət saxlayıram. Düşmənim yoxdursa, niyə qorxmalıyam?".