Əkizlər Rusiya şou-biznesinə qatılır

Əkizlər Rusiya şou-biznesinə qatılır
4190 dəfə oxunub
  • A-
  • A
  • A+
Sevil və Sevinc Səfərova əkiz bacıları Moskvaya yola düşüb. 

Axşam.az-ın məlumatına görə, müğənnilər "Star life" verilişinə açıqlamasında klip çəkdirəcəklərini bildiriblər:

"Bir çox hazır mahnımız var. Onlardan birinə - "Son öpüş"ə klip çəkdiririk. Bunun üçün Moskvaya getdik. Polina Qaqarina, İrakli və Maksimin kliplərini çəkən rejissora müraciət etmişik. Son günlər Rusiya şou-biznesinə qatılmağı düşünürük. Hətta şirkətlərdən birinə müraciət də etmişik. Orada şirkətlə çalışırsansa, bütün mahnılar, geyimlər onlar tərəfindən hazırlanır".
 
Sevil və Sevinc Türkiyə şou-biznesinə qatılmaq fikrinin olmadığını deyiblər:

"Çox şükür ki, bizim Türkiyə şou-biznesinə meylimiz yoxdur. Türkiyədə bizdən çoxdur, Rusiyada isə yox. Sibel Canı, İbrahim Tatlısəsi, Ebru Gündeşi əvəz edəcək insanlar yoxdur. Ruslara bizim boğazlar, ifa tərzimiz daha maraqlıdır".