Keremcem sevgilisini unuda bilmir

Keremcem sevgilisini unuda bilmir
10006 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor və müğənni Keremcem 10 ay sevgili olduğu aktrisa Ezgi Asaroğlunu unuda bilmir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, sevgilisi ilə barışmağa can atır. Aktyor hətta İnstaqramda birgə çəkdirdikləri heç bir fotonu silməyib. Onun bu hərəkəti qarşı tərəfə barışıq mesajı kimi qəbul olunub.

Qeyd edək ki, Keremcem keçən il 9 ay evli qaldığı Seda Güvendən boşandıqdan sonra "O hayat benim" serialındakı tərəf müqabili  E.Asaroğlu ilə sevgili olmuşdu. Lakin Ezgi keçən həftə həm serialdan, həm də sevgilisindən ayrılaraq hər kəsi təəccübləndirib.