Nərgiz Paşayeva buraxılış gecəsində - fotolar

Nərgiz Paşayeva buraxılış gecəsində -  fotolar
3069 dəfə oxunub
  • A-
  • A
  • A+

M.V.Lomonosov adına MDU-nun Bakı filialında buraxılış gecəsi keçirilib.
 
Axşam.az-ın məlumatına görə, tədbirdə professor, rektor Nərgiz Paşayeva iştirak edib. N.Paşayeva çıxış edərək məzunlara uğurlar arzulayıb.

Buraxılış gecəsində Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, AMEA-nın prezidenti Akif Əlizadə, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, ali məktəb rektorları, Milli Məclisin deputatları, görkəmli ictimai xadimlər, elm adamları, diplomatik missiyanın nümayəndələri iştirak ediblər.

Gecədə xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan Dövlət Kamera Orkestrinin, xalq artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi M.V.Lomonosov adına MDU-nun Bakı filialının xorunun, muğam üçlüyünün və xanəndə Güllü Muradovanın, müğənni Miri Yusifin iştirakı ilə konsert proqramı olub.

Fotolar AzərTac-a məxsusdur.