Məşhur aktyorun yeni doğulacaq körpəsi üçün parti - fotolar

Məşhur aktyorun yeni doğulacaq körpəsi üçün parti - fotolar
11106 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu ilin fevralında sürpriz qərarla evlənən məşhur aktyor İsmayıl Hacıoğlu ve rəqqasə Duyğu Kaya yeni doğulacaq körpələri üçün “baby shower” partisi təşkil ediblər.

Axşam.az Türkiyə mətbuatına istinadə xəbər verir ki, Duyğu hazırda hamiləliyinin 37-ci həftəsindədir.

Cütlük qız övladı gözləyir. Onlar artıq qızlarının adını da müəyyənləşdiriblər. İsmayıl və Duyğu doğulacaq körpələrinə Yemin adı qoyublar. Partidə iştirak edən qonaqlara Yeminin adından hazırlanmış xüsusi hədiyyələr verilib.

Qeyd edək ki, “baby shower” partisi adətən uşaq doğulmazdan 4-8 həftə öncə təşkil edilir. Partinin keçiriləcəyi məkanda hər şey uşaq dekorasiyasına uyğun hazırlanır.