Milyonlarla qadın yeni dəbdə: “kağız kimi incə bel” - fotolar

Milyonlarla qadın yeni dəbdə: “kağız kimi incə bel” - fotolar
15811 dəfə oxunub
  • A-
  • A
  • A+
Çində qadınlar arasında yeni dieta üsulu məşhurlaşmağa başlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda Çində qadınlar bellərini o qədər incəldib ki, A4 ölçülü kağızın arxasından görünmürlər.

Bu dieta üsulunun sağlamlıq üçün təhlükələri mütəxəssislər arasında ciddi müzakirə mövzusuna çevrilsə də, yeni üsul sürətlə yayılmağa davam edir.

Məlumat üçün bildirək ki, əvvəlki illərdə də qadınlar arasında qəribə və maraqlı dieta üsulları olub. Bunların arasında əli belin arxasından çevirərək göbəyə çatdıracaq qədər arıqlamaq və bunu social şəbəkədə paylaşmaq məşhur idi.

Bundan başqa, ötən əsrdə Tenya dietası olub ki, qadınlar xüsusi kapsula yerləşdirilən tenya larvasını udurdular. Larva bağırsaqlarda 9 sm-ə qədər böyüyərək daha az qida qəbul eilməsinə səbəb olurdu və qadınlar arıqlayırdılar. Amma bu üsul risk daşıyırdı və baş ağrısı, göz xəstəlikləri, epilepsiya, qəbzlik və qusmaya səbəb olurdu.

Qeyd edək ki, həkim məsləhəti ilə edilməyən dieatalar müəyyən risk daşıya bilər.