Yeni ətir yaradılıb

Yeni ətir yaradılıb
6006 dəfə oxunub
  • A-
  • A
  • A+
Fransanın “Louis Vuitton” Moda Evinin hazırladığı yeni ətir firma çantasının qoxusunu xatırladır.

Axşam.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, ətir satışa payızda çıxarılacaq və brendin firma butiklərində təqdim ediləcək.

Ətirlərin hazırlanmasında tanınmış ətriyyatçı Jak Kaval iştirak edib. O, “Nina Ricci” üçün “Nina”, “Paco Rabanne” üçün “Ultraviolet”, “Issey Miyake” üçün “Lʼeаu dʼIssey” ətirlərinin hazırlanmasında iştirak edib.

Qeyd edək ki, 1854-cü ildə əsası qoyulmuş “Louis Vuitton” şirkəti sandıq və yol çantaları hazırlayıb. Şirkət kişi və qadınlar üçün aksessuar, geyim, ayaqqabı, saat və bəzək əşyalarının istehsalı üzrə ixtisaslaşıb. Hazırda “LVMH” beynəlxalq holdinqin strukturuna daxildir.