Gənc müğənni helikopter almaq istəyir - fotolar

Gənc müğənni helikopter almaq istəyir - fotolar
8645 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc qızların sevgilisi Yusuf Güney iki ay öncə “Kapitan” adlı albomunu çıxarsa da, son günlərdə həyat tərzi daha çox müzakirə edilir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir gəmidə yaşayan Y.Güney, eyni zamanda pilotluq kurslarına da davam edir.

31 yaşlı müğənni gələcəkdə şəxsi helikopter almaq istədiyini, konsertlərə uçaraq getmək arzusunda olduğunu deyib.

O, müğənniliklə yanaşı aktyorluğa da davam etmək niyyətindədir. TRT kanalında yayımlanan “Yüzyıllık Mühür” serialında 5 seriyada rol alan Yusuf növbəti təkliflər gələrsə, dəyərləndirəcəyini sözlərinə əlavə edib.

Hazırda sevgilisi olmadığını deyən müğənni, gələcəkdə istədiyi olarsa, onun da adrenalin həvəskarı olacağını bildirib.

Qeyd edək ki, Yusuf Güney musiqi dünyasına Rafet El Romanla tanışlıqdan sonra qədəm qoymuş və “Aşkı Virane” adlı mahnı ilə ulduzu parlamışdı.