"Kurtlar Vadisi Pusu" serialının aktrisasından maraqlı paylaşım - foto

"Kurtlar Vadisi Pusu" serialının aktrisasından maraqlı paylaşım - foto
28433 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kurtlar Vadisi Pusu” serialında canlandırdığı prokuror Leyla rolu ilə məhşurlaşan Çiğdem Batur İnstaqramda uşaqlıq fotosunu paylaşıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı aktrisa paylaşdığı fotonun altında hər dəfə uşaqlıq fotosuna baxdıqda kədərləndiyini yazıb:

“Mənim gözəl uşaqlığım. Uzun-uzun gözünün içindəki işığa, gələcəyi həvəslə gözləyən ümidinə baxıram. Hələ görə bilmədiklərini gördükdə yenə kədər dolar qəlbimə”.

Qeyd edək ki, “Kurtlar Vadisi Pusu” serialında Leyla baş qəhrəman Polad Ələmdarın sevgilisi olub.