Rafet El Roman təsdiqlədi: Oktyabrda...

Rafet El Roman təsdiqlədi: Oktyabrda...
14422 dəfə oxunub
  • A-
  • A
  • A+
Son zamanlar ailə quran məşhurlarla yanaşı, boşanan ulduzların da sayı artmağa başlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Rafet El Romanın 27 yaşlı həyat yoldaşı Ceren Kaplakarslandan boşanacağı haqqında məlumatlar yayılmışdı.

Daha öncə bu iddialara dəqiq cavab verməyən müğənni səssizliyinə son qoyub. 48 yaşlı müğənni açıqlamasında bildirib ki, 18 mart 2016-cı il tarixində boşanmaq üçün Almaniyada Frankfurt Ailə Məhkəməsinə müraciət ediblər:

“Məhkəmə oktyabrda keçiriləcək. Ceren Kaplakarslanın şəxsi həyatı məni maraqlandırmır. Ona hər şeyin ən gözəlini diləyirəm”.

Qeyd edək ki, cütlük 2014-cü ildə Almaniyada ailə qurmuşdu. Bu Rafetin uğursuz alınan 2-ci evliliyidir. Belə ki, 1996-cı ildə model Tuğba Altıntopla evlənən Rafet 2003-cü ildə boşanmışdı. Müğənninin bu evlilikdən 13 və 16 yaşında iki qızı var.