Arda Turandan sevgilisinə 40 minlik hədiyyə - foto

Arda Turandan sevgilisinə 40 minlik hədiyyə - foto
18407 dəfə oxunub
  • A-
  • A
  • A+
“Barselona”nın ulduz futbolçusu Arda Turan sevgilisi Aslıhan Doğana 40 min TL (20 min manat – red) dəyərində hədiyyə verib.

Axşam.az xəbər verir ki, saat həvəskarı olan ulduz futbolçu, bu həvəsi sevgilisinə də aşılamağa çalışır.

Bahalı saatlar istifadə edən Arda, sevgilisinə də 40 min lirə qiyməti olan brilyant qaşlı Rolex Datejust Jubilee markalı saat hədiyyə edib.

Qeyd edək ki, 10 ildən çox dost olan Arda və Turan ötən ildən etibarən sevgilidir.