Yeni klipinə 200 min xərcləyəcək

Yeni klipinə 200 min xərcləyəcək
5124 dəfə oxunub
  • A-
  • A
  • A+
“Miş Miş” və “Yankı” mahnıları ilə məşhurlaşan Simge Sağın, qazandığı pulu yenidən musiqiyə yatırır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Simge Sağın hazırda yeni mahnısı “Kamera” üçün klip çəkilişlərinə hazırlaşır.

Zaman maşınından bəhs edilən klipdə S.Sağın 80-ci illərə, Teksasa və Qızıldərililər zamanına göndərilir. Geniş heyətlə çəkiləcək klipin xərcinin də çox olacağı gözlənilir. Müğənni çəkilişlər üçün 200 min lirəni (100 min manat – red) gözdən çıxarıb.