Aşıqlar beynəlxalq festivalda - fotolar

Aşıqlar beynəlxalq festivalda -  fotolar
364 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə "Aşıqlar" xalq kollektivi Xorvatiyada keçirilən beynəlxalq folklor musiqi festivalında çıxış edib.

Axşam.az-ın məlumatına görə, xalq kollektivində Şirvan aşıqlarından Vüqar Mahmudoğlu, Ağamurad Şirvanlı və Əli Tapdıqoğlu təmsil olunub.

Onları Qənimat Qədirov, Baxış Binyətov (balaban), Şöhrət Əliyev (nağara) və Şəmsi Fətəliyev müşayiət ediblər.

Qeyd edək ki, aşıqlar iyulun 20-dən 24-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən 50-ci Beynəlxalq Folklor Festivalında iştirakını davam etdirəcək. "Aşıqlar" xalq kollektivi ayrı-ayrı proqramlarla 3 konsert təqdim edəcək.